Rusiyada fəaliyyət göstərən “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri vəzifəsinə iş adamı və xeyriyyəçi Bəxtiyar Həsənov seçilib.

Leqal.info-nun xəbərinə görə, təşkilatın mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, bu qərar 10 iyun 2022-ci il tarixində keçirilmiş hesabat-seçki konfransında qəbul edilib.

Yarandığı gündən “Moskva Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyəti”nin sədri olmuş Ağadadaş Kərimov ötən ay öz istəyi ilə tutduğu vəzifədən istefa verib.

Qeyd edək ki, 1 iyul 2022-ci il tarixdə Rusiya Ədliyyə Nazirliyi hesabat-seçki konfransının nəticələrini tanıyıb və təşkilatı rəsmi qeydiyyata alıb.

Bəxtiyar Həsənov 1974-cü ildə Ordubad rayonunda anadan olub. İxtisasca şərqşunasdır. Rusiyada şirkətlər qrupunun təsisçisi və rəhbəridi. Ailəlidir, 2 övladı var.