"Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyanın nümayəndələrinin görüşü avqust ayında Moskvada keçiriləcək”.

“Leqal.info” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan açıqlayıb.

Onun sözlərinə görə, hələ ki görüşün dəqiq tarixi barədə yekun razılaşma əldə olunmayıb.

Xatırladaq ki, mayın 24-ü Ermənistan-Azərbaycan dövlət sərhədində hər iki ölkənin Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın iştirakı ilə delimitasiya komissiyasının ilk iclası baş tutub.