Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədi ilə Brüssel şəhərinə işgüzar səfərlə yola düşüb.

"Leqal.info" xəbər verir ki, bu haqda XİN məlumat yayıb.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 18-ci iclasında iştirakı, həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.