"Leqal.info" xəbər verir ki, BMT baş katibinin mətbuat ofisinin yaydığı bəyanatda bildirilir ki, İsakzai həm də ölkədə rezident əlaqələndirici və BMT-nin humanitar koordinatoru kimi fəaliyyət göstərəcək.
İsakzai bu vəzifədə almaniyalı İrena Voyakova-Solloranonu əvəz edəcək. “Baş katib fəaliyyəti dövründə onun rəhbərliyinə və sədaqətli xidmətinə görə minnətdardır”, – açıqlamada deyilir.
İsakzai qabaqlayıcı diplomatiya və mürəkkəb humanitar, inkişaf, bərpa və sülh quruculuğu sahəsində 28 ildən çox təcrübəyə malikdir.
O, 2022-ci ilin yanvar ayından İordaniyada müvəqqəti rezidenti və humanitar məsələlər üzrə koordinator kimi fəaliyyət göstərir.