İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri təyin edilib.

"Leqal.info" xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamında əksini tapıb.

Komissiyanın həmsədri bundan əvvəl Azərbaycan Respublikası Baş nazirinin birinci müavini olub.

Qeyd edək ki, Mikayıl Cabbarov həm də Azərbaycan İnvestisiya Holdinqinin rəhbəridir.