Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayevlə görüşüb.

"Leqal.info" xəbər verir ki, görüşdə iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi, biznes dairələri arasında əlaqələrin inkişafı istiqəmətləri, həmçinin Azərbaycan və Qazaxıstan arasında İşgüzar Şuranın yaradılması barədə fikir mübadiləsi aparılıb.