Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək.

"Leqal.info" xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel öz "Twitter" səhifəsində elan edib.

O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyilşin əldə olunması mühüm əhəmiyyət daşıyır.

"Aİ Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir", - deyə o bildirib.