“Leqal.info” xəbər verir ki, bunu Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamra deyib.
“Azərbaycan sülh və təhlükəsizliyə çox vacib töhfə verir”, - o bildirib.
Onun sözlərinə görə, Əlcəzair və Azərbaycan digər platforma və təşkilatlar, o cümlədən BMT, OPEC+ və Qaz İxracatçısı Ölkələrinin Forumu çərçivəsində əməkdaşlıq edir.
“Əminəm ki, səfərim əməkdaşlığımızın genişlənməsinə şərait yaradacaq. Sülh bizim üçün son dərəcə vacibdir. Hesab edirik ki, səylərimiz qlobal sülhün qurulmasına öz töhfəsini verəcək”, - Əlcəzairin XİN rəhbəri deyib.