Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yeni vəzifədə çalışacaq.

“Leqal.info” Modern.az-a istinadən xəbər verir ki, L.Abdullayeva diplomatik fəaliyyətini Fransada davam etdirəcək. Onun tezliklə həmin ölkədə diplomatik xidmətə başlayacağı gözlənilir.

Məlumata əsasən, qurumda mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib. XİN-in yeni sözçüsü bundan öncə Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri vəzifəsində çalışıb.

Məsələ ilə bağlı Leyla Abdullayeva ilə əlaqə saxladıq. O, Leqal.info-ya açıqlamasında bildirib ki, hazırda işinin başındadır və XİN mətbuat katibi səlahiyyətlərini icra edir.

Xatırladaq ki, Leyla Abdullayeva 2018-ci ildən XİN-in mətbuat katibi vəzifəsini tutur.