“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hələ də Ukrayna lideri Volodimir Zelenski və Rusiyanın dövlət başçısı Vladimir Putini görüşdürmək istəyir”.

Leqal.info xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın deyib.

O bildirib ki, V.Putin indi - Rusiya Ukraynanın dörd vilayətini ilhaq edəndən sonra danışıqlar istəyir: “Bütün çətinliklərə rəğmən, diplomatiya qapısı açıq saxlanılmalıdır. Türkiyə Prezienti bunu bacarır”.

İ.Kalın söyləyib ki, böhran Ukraynanın ərazi bütövlüyü daxilində həllini tapmalıdır.