"Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik".

Leqal.info-nun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-də Cəbrayıl şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxışı zamanı deyib.

"Cümhuriyyətimizin 100-cü ilini qeyd edəcəyimiz 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” olaraq qəbul edilməsindən məmnunluq duyuruq", - dövlət başçısı bildirib.

Türkiyə Prezidenti ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib.

Ərdoğan mətbuata bəyanatını bu sözlərlə yekunlaşdırıb: “Rəbbim birliyimizi, bərabərliyimizi əbədi etsin! Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”.