Leqal.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X" səhifəsində bildirib.
İranın Bəhreyn və Küveytə hücumlarının qəbuledilməz olduğunu qeyd edən Kallas İranı atəşkəsi pozmaqda günahlandırıb: “Memoranduma əsasən, Tehran Hörmüz boğazını yenidən açmağı öhdəsinə götürüb. Boğaz yaxınlığında gəmilərə son hücumlar bu öhdəliyin pozulması deməkdir və enerji daşıyıcılarının tədarükünün bərpasını təhlükə altına qoyur. Gəmiçilik azadlığı maneəsiz təmin edilməlidir”.
O, bildirib ki, gələn həftəyə planlaşdırılan Aİ və körfəz ölkələri XİN başçılarının görüşünündə atəşkəsin qorunması və Hörmüz boğazında fasiləsiz gəmiçiliyin təmini müzakirə olunacaq: “Gələn bazar ertəsi Avropa İttifaqının xarici işlər nazirləri Fars körfəzi ölkələrindən olan həmkarları ilə görüşərək razılaşmanın icrasına dəstək vermək, o cümlədən Hörmüz boğazı və Qırmızı dənizdə gəmiçilik azadlığının qorunması istiqamətində birgə fəaliyyət imkanlarını müzakirə edəcəklər."
Leqal.info