Ukrayna sülh yolu ilə nizamlanmaya hazır olmadığı müddətdə Rusiya xüsusi hərbi əməliyyatı davam etdirəcək.

Leqal.info xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə əsasən, Rusiya xüsusi hərbi əməliyyatın məqsədlərinə sülh yolu ilə nail olmağa üstünlük verir, ancaq Kiyev hələ buna hazır deyil.

Peskov vurğulayıb ki, Kiyev xoşməramlılıq nümayiş etdirərsə və vacib qərarlar qəbul edərsə, xüsusi hərbi əməliyyatın məqsədlərinə sülh yolu ilə nail olmaq olar.

Kremlin sözçüsü, həmçinin qeyd edib ki, Rusiya Silahlı Qüvvələri Donetsk vilayəti daxil olmaqla, digər əraziləri ələ keçirməyə davam edir və Ukrayna ilə bufer zonası yaratmaq üzərində işləyir.

Leqal.info