Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 24-də Türkiyəyə işgüzar səfərə gedib.


Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində müdafiə nazirinin ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair görüşləri, eləcə də qardaş ölkədə keçiriləcək “Saha Expo" sərgisində iştirakı planlaşdırılır.