Rusiyanın Soçi şəhərində bu ölkənin, habelə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilir.

Leqal.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir. Eyni zamanda üç ölkənin xarici işlər nazirləri ayrı-ayrılıqda danışıqlar aparırlar.