"Ermənistan Azərbaycana qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Azərbaycan torpaqlarında misli görünməmiş vandallıq aktları törədib".


Leqal.info xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib.

"Azərbaycan 30 il ərzində işğaldan əziyyət çəkib. İki il əvvəl Azərbaycan münaqişəyə son qoydu. Biz ölkəmizi işğaldan azad etdik. Biz torpaqlarımıza qayıtdıq", - dövlət başçısı bildirib.