Leqal.info-nun xəbərinə görə, bu fikirlər Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubunda yer alıb.
"Şübhəsiz ki, ümumi məqsədlərimizə, qarşılıqlı dəstəyə və maraqlarımıza əsaslanan nümunəvi strateji əməkdaşlığımızın daha da dərinləşməsi üçün biz öz səylərimizi əsirgəməyəcəyik. Bu məqsədimiz Sizin Gürcüstana səfəriniz zamanı bir daha təsdiq olundu.
Əminəm ki, Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud yüksək səviyyəli münasibətlər və əməkdaşlıq davam edəcək, strateji tərəfdaşlığımız ikitərəfli və regional səviyyədə birgə təşəbbüslərimizin icra edilməsində mühüm rol oynayacaq", - məktubda qeyd edilib.