Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Serbiya Respublikasına rəsmi səfərə gedib.

Leqal.info xəbər verir ki, Belqrad şəhərinin “Nikola Tesla” hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısını Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç qarşılayıb.