“Leqal.info” xəbər verir ki, bu sözləri Milli Məclisin komitə sədri Musa Quliyev parlamentin dekabrın 2-də keçirilən plenar iclasında deyib.
O bildirib ki, Makron hökumətinin siyasi əxlaqa sığmayan davranışının digər səbəbi gələn il Fransada keçiriləcək seçkilərlə bağlıdır: “Makron və makronoidlər bu qətnamə ilə erməni lobbisindən seçki kampaniyasında maliyyə dəstəyi adı altında aldıqları çirkli pulları və seçkilər zamanı aldıqları erməni elektoratın səslərinin əvəzini verməyə çalışırlar. Fransaya adekvat, bir az da artıq cavab verməliyik. Bu cavablar Azərbaycan hökuməti, dövləti, parlamenti və ictimaiyyəti tərəfindən verilir və hədəfə çatmaqdadır. Biz qalib xalq və güclü dövlətik”.