Türkiyədə səfərdə olan Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyev qardaş ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Baş Qərargahın ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüb.

Bu barədə Leqal.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşlər zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb.