Leqal.info xəbər verir ki, bu barədə Hikmət Hacıyev tviterdə paylaşım edib.
“Biz Azərbaycan-Ermənistan arasında ikitərəfli əlaqələri, regional təhlükəsizlik məsələlərini, normallaşma və sülh müqaviləsi üzrə danışıqları nəzərdən keçirdik. Azərbaycanın regional sülh gündəmini irəli aparmaq əzmində olduğunu bildirdim”, - Prezidentin köməkçisi qeyd edib.
H.Hacıyev bildirib ki, faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı və bunun nəticəsində ekoloji ziyana görə Laçın-Xankəndi yolunda Azərbaycan vətəndaşları haqlı etiraz edir.
"Ermənistanın “blokada” ilə bağlı iddiaları əsassız, qara təbliğat cəhdidir”, - H.Hacıyev əlavə edib.