Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Sankt-Peterburqa qeyri-rəsmi sammit üçün gələn MDB ölkələrinin liderlərinə üzüklər verməsini izah edib.

Leqal.info vesti.ru-ya istinadən xəbər verir ki, “Bu, sadəcə olaraq, belə bir Yeni il suveniridir, burada xüsusi heç nə yoxdur”, – RİA Novosti Peskovun sözlərini sitat gətirib.

Peskov əlavə edib ki, Putin özü belə üzük taxmayacaq.

Bundan əvvəl Belarus liderinə yaxın olan “Pul Pervoqo” teleqram kanalı Putinin sammit iştirakçılarına Birliyin simvolları həkk olunmuş doqquz üzük hədiyyə etdiyini və Yeni il münasibətilə təbrik etdiyini yazıb. Belə bir üzük Belarus prezidenti Aleksandr Lukaşenkonun barmağında diqqət çəkib.
Elvin Mahmudlu
Leqal.info