Leqal.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, müdafiə nazirləri regionda sabitlik üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyini müzakirə ediblər.
Məlumata görə, nazirlər Suriya böhranını və bu ölkədə ekstremist qüvvələrlə mübarizə tədbirlərini müzakirə ediblər.
Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan Rusiyanın paytaxtı Moskvada səfərdədir.