Leqal.info xəbər verir ki, Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenlə də danışdığını bildirib. İsrailli nazir amerikalı həmkarını əmin edib ki, Birləşmiş Ştatlar ilə strateji əlaqələr əsas prioritetdir.
Bundan əvvəl İsrailin Kiyevdəki səfiri Mixael Brodski bildirmişdi ki, Təl-Əviv Ukraynaya hərbi yardım naminə Moskva ilə münasibətlərini riskə atmayacaq.
Diplomat xatırladıb ki, onun ölkəsi NATO-nun üzvü deyil, ona görə də İsrail üçün vəziyyət daha kövrəkdir, TASS agentliyi yazır. (Mənbə: vesti.ru)
Elvin Mahmudlu
Leqal.info