18 Yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t’Hart ilə görüşüb.

Leqal.info xəbər verir ki, “Carlsberg Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluğu ifadə olunan görüşdə eyni zamanda ölkəmizdə həyata keçirilən iqtisadi islahatların biznes mühitinə təsiri qeyd olunub.
Bildirilib ki, şirkət Azərbaycanda arpa emalını 100% lokallaşdırıb, pivə istehsalında istifadə olunan arpa emalının lokallaşdırılması isə yaxın vaxtlarda 100%-ə çatdırılacaq.
Görüş zamanı qeyd olunub ki, Azərbaycanda pivə istehsalında istifadə olunan arpanı emal edəcək yeni zavodun 2024-cü ilin yanvarında fəaliyyətə başlaması və ölkəmizdə yeni investisiyaların yatırılması nəzərdə tutulub.
“Carlsberg Group” şirkətinin prezidenti və baş icraçı direktoru Kes t’Hart şirkətin fəaliyyətinə verdiyi dəstəyə görə dövlət başçısı İlham Əliyevə minnətdarlığını ifadə edib.
Leyla Kamil
Leqal.info