Leqal.info xəbər verir ki, 2023-cü il yeni sosial islahat proqramı çərçivəsində prezident əhalinin rifah halını yaxşılaşdırmaq və sosial müdafiəni gücləndirmək məqsədilə bir sıra sərəncamlar imzalayıb.
Müavinət və təqaüd artımı kimlərə aiddir?
Şəhid ailələri
Müharibə ilə əlaqədar əlilliyi olanlar
Ümumi səbəblərdən əlilliyi olanlar
Əfqanıstanda sovet qoşunları tərkibində beynəlmiləl borcu yerinə yetirərkən həlak olanların ailələri
Yaşa görə müavinət alanlar
Ailə başçısını itirməyə görə müavinət alanlar
Beşdən çox uşağı olan qadınlar
Bir yaşınadək uşağı olan(Ünvanlı sosial yardım alan) aztəminatlı ailələr
Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslər
Prezidentin fərdi təqaüdünü alanlar
1941-1945 –ci illər Böyük Vətən müharibəsi iştirakçıları
Orqanizmin funksiyalarının 81-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlər
18 yaşınadək əlilliyi olan şəxslərə qulluq edənlər
Uşağın doğulmasına görə birdəfəlik müavinət alanlar
Dəfn üçün birdəfəlik müavinət alanlar
Pensiyaçı elmlər və fəlsəfə doktorları
“Xalq” və “Əməkdar” fəxri adı olanlar
Yeni sərəncama əsasən müavinət və təqaüd artımı 660 min nəfərə şamil olunur. Bu tip sosial islahatların həyata keçirilməsi ölkə prezidentinin əhaliyə qayğısını ifadə edir.
Leyla Kamil
Leqal.info