Leqal.info xəbər verir ki, bu sözləri yanvarın 19-unda Davos Dünya İqtisadi Forumunda keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
Prezident, eyni zamanda qeyd edib ki, təbii ki, biznes mühitinin yaxşılaşdırılması uğurun əsas amillərindəndir: “Çünki dünyada bütün dövlətlərin, hətta ən inkişaf etmiş ölkələrin əlavə sərmayəyə ehtiyacı var. Lakin təkcə biznes mühiti kifayət deyil. Ölkələr arasında əlaqələr nadir vəziyyət yaradır-qlobal miqyasda ən yüksək dostluq şəraiti. Mən Azərbaycan, Gürcüstan, Azərbaycan və Türkiyə, Gürcüstan və Türkiyə, eyni zamanda bizim üçtərəfli münasibətlərimizi nəzərdə tuturam”.
Leyla Kamil
Leqal.info