"Laçın yolu ilə silah-sursat və minaların daşınması yolverilməzdir".

Leqal.info xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycanın öhdəliyi var ki, Laçın yolundan təhlükəsiz keçidi təmin etsin. Lakin o yolla silah-sursat və minaların daşınması yolverilməzdir", - nazir vurğulayıb.