“Azərbaycan danışıqlara sadiq olduğunu bəyan edib. Ən qısa zamanda istənilən görüşün keçirilməsi və sülh müqaviləsi üzrə növbəti danışıqları davam etməyə hazır olduğumuzu bildirmişik”.

Leqal.info xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında söyləyib.
Ceyhun Bayramov eyni zamanda qeyd edib ki, məsələ Ermənistanın üzərindədir: “Onlar anlamalıdır ki, sülh prosesinin irəliləməsi Azərbaycan üçün nə qədər lazımdırsa, Ermənistan üçün də bundan az əhəmiyyətli olmamalıdır. Ermənistan bunu başa düşmürsə, bu, onların çox yanlış siyasətinin nümayişidir”.
Leyla Kamil
Leqal.info