Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında fiziki şəxslər tərəfindən nəğd pul vəsaitinin yaxud pul alətlərinin transsərhəd hərəkəti zamanı cinayət yolu ilə qazanılmış gəlirlərin leqallaşdırlmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində informasiya əməkdaşlığı ilə bağlı Saziş təsdiq olunub.

Leqal.info xəbər verir ki, bununla əlaqədar Dövlət başçısı İlham Əliyev Fərman imzalayıb.
Bəhsi keçən Saziş qüvvəyə mindiyi təqdirdə, Azərbaycan Respublikasının Gömrük Komitəsi onun müddəalarının reallaşdırılmasını təmin etməlidir.
Qeyd edək ki, Xarici İşlər Nazirliyi Sazişi qüvvəyə minməsi üçün vacib olan dövlətdaxili prosedurların yerinə yetirilməsi ilə bağlı Rusiya Federasiyası Hökumətinə bildiriş göndərməlidir.
Leyla Kamil
Leqal.info