Avropa İttifaqı Şurasının mətbuat xidməti Aİ-nin Rusiyaya qarşı sanksiyalrın vaxtını uzatması barədə məlumat yayıb.

Leqal.info xəbər verir ki, Şura bu gün Rusiya iqtisadiyyatının müxtəlif sahələrini hədəf alan məhdudlaşdırıcı tədbirlərin altı ay, yəni 31 iyul 2023-cü ilə kimi uzadılması ilə bağlı qərar qəbul edib.
“İlk dəfə 2014-cü ildə Rusiyanın Ukraynada sabitliyi pozan hərəkətlərinə cavab kimi tətbiq olunan bu sanksiyalr Rusiyanın Ukraynaya qarşı əsassız hərbi təcavüzü fonunda 2022-ci ilin fevralından etibarən əhəmiyyətli dərəcədə genişləndirilib.
Onlar hazırda maliyyə, ticarət, texnologiya və ikili təyinatlı mallar, sənaye, nəqliyyat və bahalı mallar üzrə məhdudiyyətlər də daxil olmaqla, bir çox sahələri əhatə edir”-məlumatda qeyd edilib.
Leyla Kamil
Leqal.info