Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan “Twitter” hesabında şiddətli zəlzələnin fəsadlarının aradan qaldırılması ilə əlaqədar göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib.

“Sizin dərdiniz bizim dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Humanitar yardıma, xüsusilə də axtarış-xilasetmə qrupları göndərdiyi üçün Azərbaycana və əziz dostum Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”, - Əminə Ərdoğan qeyd edib.
Elvin Mahmudlu
Leqal.info