Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Leqal.info xəbər verir ki, dövlət başçısı İlham Əliyev keçən ilin oktyabrında Praqada və Soçidə qəbul olunmuş sənədlərin sülh müqaviləsinə nail olmaq üçün istifadə edilə bilən təməl olduğunu qeyd edib.
“Hər halda biz bu düşmənçilik səhifəsini tezliklə çevirmək və Cənubi Qafqaza sülhü qaytarmaq üçün Ermənistan tərəfi ilə, bizim dostumuz və qonşumuz Rusiya tərəfi ilə müsbət və konstruktiv iş aparmaq əzmindəyik”, - Prezident İlham Əliyev vurğulayıb.
Leyla Kamil
Leqal.info