Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarla görüşməsi barədə “Twitter” hesabında paylaşım edib.

“G20 xarici işlər nazirlərinin görüşü üçün gəldiyimiz Yeni Dehlidə ilk görüşümüzü hindistanlı həmkarımla etdik. “Dost üçün əməliyyat” adı altında ölkəmizə verdikləri yardım və humanitar dəstək üçün onlara təşəkkür etdik”, - Mövlud Çavuşoğlu qeyd edib.
Elvin Mahmudlu
Leqal.info