Türkiyədəki müxalif “İYİ Partiya”nın sədri Meral Akşener “Altılı masa” ya qayıdıb.

Leqal.info xəbər verir ki, “İYİ Partiya”nın sözçüsü Kürşad Zorlu mətbuata Meral Akşenerin CHP sədri Kamal Kılıçdaroğlu ilə görüşdüyünü açıqlayıb.
“Sədrimiz bir azdan olacaq “Millət İttifaqı”nın iclasına qatılmağa qərar verib”, -Kürşad Zorlu qeyd edib.
Qeyd edək ki, Meral Akşener iki CHP-li bələdiyyə sədrinin adlarının prezident köməkisi kimi hallanmasını “Altılı masa”ya geri dönmək üçün şərt olaraq irəli sürmüşdü.
Leyla Kamil
Leqal.info