Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Yunanıstan xarici işlər naziri Nikos Dendias arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu barədə nazir Dendias "Twitter" hesabında bildirib.

Telefon danışığı zamanı Türkiyə XİN rəhbəri Yunanıstan xarici işlər nazirinə Tempidə qəzada həlak olanlardan birinin atasının Yunanıstana ekstradisiyası ilə bağlı qarşı tərəfin müraciətinin müsbət cavablandırıldığı haqda məlumat verib.

Xarici işlər naziri Nikos Dendias Türkiyənin müsbət və sürətli cavabına görə Mövlud Çavuşoğluna minnətdarlığını bildirib. Qərarı Türkiyənin ədliyyə naziri imzalayıb.


Leyla Kamil
Leqal.info