Leqal.info xəbər verir ki, bu haqda Qırğızıstan prezidentinin mətbuat katibi Erbol Sultanbayev məlumat verib.
Sultanbayev Ankara şəhərində 15-16 mart tarixlərində baş tutacaq görüşdə TDT-yə daxil olan ölkələrin liderləri tərəfindən təbii fəlakətlərlə mübarizədə fəaliyyətlərin əlaqələndirilməsi və bu cür vəziyyətlərdə humanitar yardımın göstərilməsi məsələlərinin müzakirə olunacağını bildirib.
Qeyd edək ki, TDT 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) kimi təsis olunub və 2021-ci ilin noyabrında İstanbulda keçirilən sammitdə adı dəyişdirilərək Türk Dövlətləri Təşkilatı olub.
Təşkilata üzv ölkələr - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandır, Türkmənistan və Macarıstan isə müşahidəçi qismində iştirak edirlər.
Leyla Kamil
Leqal.info