Slovakiya Ukraynaya MiQ-29 qırıcıları göndərir.


Leqal.info xəbər verir ki, bu haqda Slovakiyanın Baş naziri Eduard Heger "Twitter" hesabında paylaşım edib.

"Slovakiya hökuməti Ukraynaya 13 MiQ-29 göndərməyi təsdiqlədi! Verilən sözlərə əməl edilməlidir və Ukrayna Prezidenti Zelenski qırıcı təyyarələr də daxil olmaqla daha çox silah istəyəndə mən ona söyləmişdim ki, əlimizdən gələni edəcəyik. Digərlərinin də eyni şeyi etməsinə şadam. Hərbi yardım vacibdir, bu, Ukraynanın özünü və bütün Avropanı Rusiyadan müdafiə edə bilməsini təmin edir", - Eduard Heger qeyd edib.

Elvin Mahmudlu
Leqal.info