Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi İmanqali Tasmaqambetovu İrəvanda qəbul edib.


Leqal.info xəbər verir ki, bu haqda Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti bildirib.

Görüş əsnasında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və təşkilatda kollektiv təhlükəsizlik mexanizmlərini müzakirə edən tərəflər, eyni zamanda KTMT-nin məsuliyyət zonasında və regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi ediblər.

Leyla Kamil
Leqal.info