ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək.

Leqal.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken deyib.

Prezident İlham Əliyev Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu baxımdan Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.

Leqal.info