Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistana çağırış edib.

Leqal.info xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə sülh prosesinə alternativ olmadığını bildirib.

"Hesab edirik ki, sülh prosesinə alternativ yoxdur. Bunda biz qərarlıyıq və mövqeyimizi bir daha təsdiq edirik. Tərəfləri bəyanatlarında və hərəkətlərinə təmkinli olmağa və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün trekləri üzrə danışıqları bərpa etməyə çağırırıq”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.

Zaxarova Ermənistanla Azərbaycan arasında düşmənçilik ritorikasının güclənməsi, Qarabağda insidentlərin sayının çoxalması və Laçın dəhlizi ətrafındakı vəziyyətin qaydaya salınması ilə əlaqədar tərəflərin güzəşt axtarmağa hazır olmamasının narahatlıq doğurduğunu vurğulayıb.


Elvin Mahmudlu

Leqal.info