Almaniyanın xarici işlər naziri Annalena Berbok Gürcüstana iki günlük rəsmi səfərə gəlib.

Leqal.info xəbər verir ki, bu haqda Gürcüstan XİN məlumat yayıb.

Annalena Berboku Tbilisi hava limanında Gürcüstanın xarici işlər nazirinin müavini Xatuna Totladzenin qarşıladığı məlumatda bildirilib.

Səfər çərçivəsində Annalena Berbokun gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə, o cümlədən Gürcüstan hökumətinin başçısı İrakli Qaribaşvili və Gürcüstan prezidenti Salome Zurabişvili ilə, habelə QHT-lər və müxalifət partiyaları ilə görüşəcəyi məlumatda öz əksini tapıb.

Leyla Kamil

Leqal.info