Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Leqal.info xəbər verir ki, bu haqda Şarl Mişel "Twitter" hesabında paylaşım edib.

"Biz regionda son vəziyyəti müzakirə etdik. Aİ-nin bu ölkələr (Azərbaycan və Ermənistan - red.) arasında normallaşma prosesini, regionda sülh və sabitliyin inkişafına kömək etməyə hazır olduğunu vurğuladım", - Şarl Mişel yazıb.

Elvin Mahmudlu
Leqal.info