Türkiyə Şimali Atlantika Alyansının qapısını İsveç üçün bağlamayıb.

Leqal.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın NTV telekanalına müsahibəsində İsveçin NATO-ya daxil olması ehtimalını dəyərləndirərkən söyləyib.

Kalın, “İsveç üçün NATO-nun qapısını bağlamadıq” deyib. O qeyd edib ki, İsveçin NATO-ya daxil olması prosesi antiterror qanunu qüvvəyə mindikdən sonra ölkənin hansı addımlar atacağından asılı olacaq. İbrahim Kalın, eyni zamanda Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması üçün heç bir maneə olmadığını vurğulayıb.

[b]Leqal.info[/b]