Leqal.info xəbər verir ki, bu haqda TASS məlumat verib.
Tramp Texas ştatının Vako şəhərində tərəfdarlarının mitinqində ABŞ-ın banan respublikasına çevrildiyini bəyan edib və ölkə vətəndaşlarının buna dözməyəcəyini vurğulayıb.
ABŞ-ın sabiq prezidenti sərhədlərin mühafizəsi, səsvermə sistemi və hüquq-mühafizə orqanlarının siyasi silaha çevrilməsi problemlərinə toxunub.
“2024-cü ildə seçkilərdə qalib gəlməsək, ölkəmiz məhvə məhkumdur”, - deyə o, çıxışını sonlandırıb.
Leqal.info