Ukrayna hərbi aviasiyası Rusiya ordusunun cəmləşdiyi ərazilərə 11 zərbə endirib.

Leqal.info Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bazar günü, martın 26-da səhər hesabatında bildirib.

Ukrayna hərbçiləri düşmənə məxsus Orlan-10 və Superkam tipli 2 PUA-nı məhv etməyə müvəffəq olub.

"Raket və artilleriya bölmələri öz növbəsində üç komanda məntəqəsini və düşmənin canlı qüvvəsi, silah və hərbi texnikasının cəmləşdiyi beş ərazini vurub", - məlumatda qeyd olunub.

Leqal.info