Leqal.info xəbər verir ki, məlumatı Gürcüstan Baş nazirinin mətbuat xidməti yayıb. Bildirilib ki, görüş zamanı ATƏT-lə beynəlxalq əməkdaşlıq məsələləri və Gürcüstanın Avropaya inteqrasiya yolunda qazandığı inkişaf müzakirə edilib.
Tərəflər iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsinə hazır olduqlarını ifadə ediblər.
Görüş zamanı Şimali Makedoniya xarici işlər nazirinin ATƏT-ə sədrliyi dövründə Gürcüstana səfər etməsinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı Gürcüstanın işğal altındakı ərazilərindəki vəziyyətə də toxunulub.
İrakli Qaribaşvili Bujar Osmaniyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Elvin Mahmudlu
Leqal.info