Rusiya, İran, Çin və Pakistan ABŞ-ı Əfqanıstandakı vəziyyətə görə məsuliyyəti öz üzərinə götürməyə çağırıb.

Leqal.info İran Xarici İşlər Nazirliyinin rəsmi “Telegram” kanalına istinadən xəbər verir ki, bu haqda Rusiya, İran, Çin və Pakistan XİN rəhbərlərinin Səmərqənddə keçirilən qeyri-rəsmi görüşün yekunları ilə bağlı birgə bəyanatında deyilir.

Bu ölkələrin XİN rəhbərləri, həmçinin Vaşinqtondan Əfqanıstana qarşı tətbiq edilən birtərəfli sanksiyaları dərhal ləğv etməyi və bu dövlətin xarici aktivlərini geri qaytarmağı tələb ediblər.

Rusiya, İran, Çin və Pakistan, eyni zamanda Əfqanıstandakı Taliban hakimiyyətini qadınlar üçün məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Bəyanatda Taliban inklüziv hökumət yaratmağa və milli azlıqlar üçün məhdudiyyətləri aradan qaldırmağa təşviq edilib.

Elvin Mahmudlu
Leqal.info