Sudandakı münaqişə bütün region üçün təhlükə yarada bilər.

Leqal.info “Reuters“ agentliyinə istinadən xəbər verir ki, bunu Yaponiyada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken G7 xarici işlər nazirlərinin görüşündə söyləyib.

Blinkenin bu mövqeyi Böyük Britaniyanın XİN başçısı Ceyms Kleverli tərəfindən də dəstəklənib.

“Sudandakı münaqişə yalnız ölkənin mülki əhalisi üçün deyil, potensial olaraq bütün region üçün təhlükə yaradır. Orada baş verən silahlı toqquşmalar və zorakılıqlarla bağlı ciddi narahatlıq mövcuddur”, - deyə Blinken qeyd edib.

Qeyd edək ki, aprelin 15-dən etibarən Sudanda ölkə ordusunun bölmələri ilə xüsusi təyinatlılar arasında silahlı toqquşmalar davam edir.

Leyla Kamil
Leqal.info