Laçın yolundakı vəziyyətə görə, Rusiya Xarici İşlər Nazirliyi (XİN) öz rəsmi mövqeyini bildirib.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, “hazırda Laçın dəhlizində vəziyyətin siyasi yolla stabilləşdirilməsi üçün lazımi addımlar atılır”.

“Biz inanırıq ki, tərəflər 9 noyabr razılaşmasının şərtlərini yerinə yetirəcək. Ermənistan tərəfinin də bu məsələnin həllinə öz töhfəsini verməsini gözləyirik”, - Zaxarova diqqətə çatdırıb.

Elvin Mahmudlu
Leqal.info